Gürcüstan, Tbilisi, 25 avqust / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstan sərhədçiləri dünən "BUKET" gəmisinin keçmiş kapitanı - Azərbaycan vətəndaşı İlqar İmanverdiyevi saxlayıb. O, işğal olunmuş ərazilərə qrup halında girərək qanun pozuntusuna yol verməkdə günahlandırılır. Bu barədə Trend -a Gürcüstan Sərhəd Polisindən bildirilib.
Gürcüstan tərəfi təsdiqləyir ki, İmanverdiyev Panama bayrağı altında gəminin kapitanı olduğu müddətdə dəfərlərlə Gürcüstanın ərazi sularını pozub və Abxaziyaya kontrabanda yükü ilə daxil olub.
İmanverdiyev Batumidə pasport yoxlanışı zamanı Syerra-Leone bayrağı altında üzən "Edirne" tankerində saxlanılıb. Bu tanker Gürcüstan tərəfindən dəniz sularının çirkləndirilməsinə görə cərimə edilib və cəriməni ödəyərək azad edilib.
Pasport yoxlanışı zamanı "Buket" gəmisinin kapitanı İmanverdiyev saxlanılıb.
Gəmi Abxaziya separatçıları üçün neft məhsullarının kontrabandasında ittiham olunaraq hazırda Gürcüstanın Poti limanında saxlanılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]