Gürcüstan, Tbilisi, 28 avqust / Trend , müxbir N.Kirsxaliya /
"Modernləşdirilmiş Gürcüstan ordusu NATO üçün yük olmayacaq, əksinə onu gücləndirəcək", - yeni müdafiə naziri Baço Axalaya bu gün mətbuat konfransında deyib.
O qeyd edib ki, Gürcüstan Silahlı Qüvvələrinin modernləşdirilməsi onun nazir postunda fəaliyyətinin əsas prioritetlərindən biridir. "Modernləşmə təkcə Gürcüstan ordusunun silahlandırılması üçün yox, həm də əsgər və zabitlərin hazırlanması və onların təhsili üçün nəzərdə tutulub. NATO-ya inteqrasiya isə bizim alternativsiz yolumuz olub və olacaq", - nazir deyib.
Axalaya digər əsas prioriteti olaraq sülhün təmin edilməsini göstərib. "Sülh bizim başlıca məqsədimizdir və onun təmin edilməsi üçün biz ölkənin müdafiə qabiliyyətini artırmalıyıq, çünki zəif ordu ilə sülh olmaz", - o deyib.
Nazir öz sələfi David Sixaluridzeyə apardığı işlərə görə təşəkkür edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]