...

Gürcüstanın müxalifət partiyası BMT Baş Assambleyasında "İşğal olunmuş Gürcüstan əraziləri haqqında" məsələnin qaldırılmasını tələb edir

Siyasət Materials 3 Sentyabr 2009 19:25 (UTC +04:00)
Milli Demokrat Partiyası BMT Baş Assambleyasının 64-cü sessiyasının gündəliyinə "İşğal olunmuş Gürsüstan əraziləri haqqında" məsələnin baxılması ilə bağlı maddənin daxil edilməsi təşəbüsü ilə çıxış edir.
Gürcüstanın müxalifət partiyası BMT Baş Assambleyasında "İşğal olunmuş Gürcüstan əraziləri haqqında" məsələnin qaldırılmasını tələb edir

Gürcüstan, Tbilisi, 03 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Milli Demokrat Partiyası BMT Baş Assambleyasının 64-cü sessiyasının gündəliyinə "İşğal olunmuş Gürsüstan əraziləri haqqında" məsələnin baxılması ilə bağlı maddənin daxil edilməsi təşəbüsü ilə çıxış edir.

Partiya liderlərindən deputat Quram Çaxvadze bugünkü mətbuat konfransında bildirib ki, "GUAM əhatəsində uzadılmış münaqişə" adlı kontekstdə məsələnin baxılması həqiqətəuyğun deyil və onların hüquqi həllini, təhlükəsizliyini və regionun inkişafını təmin etmir ki, bu da öz növbəsində dünya üçün təhlükə yaradır.

MDP gürcü tərəfinin ölkənin statusu - müharibə təcavüzünün qurbanları məsələsinin baxılması və müvafiq qətnamənin qəbul edilməsi tələbinə siyasi bəraət qazandırır. Çaxvadze aydınlaşdırıb ki, BMT Baş Assambleyası imkan yaradır və bundan bəzi ölkələr, o cümlədən Azərbaycan "İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyət" adlı məsələnin Assambleyaya daxil olması ilə faydalanıb.

"Ölkənin ərazi bütövlüyünün bərpası üçün nəinki dəlillərin sübutu, həmçinin gürcü diplomatiyasının aktivləşməsi və kəsərli addım atması vacibdir. Bunu isə çox təəssüf ki, biz görmürük və əsas günahkar DİN-dir", - o əlavə edib.

Baş assambleyanın sessiyası sentyabrın 15-də açılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti