Azərbaycan Ordusunun minaya düşən əsgərlərindən biri xəstəxanada ölüb

Siyasət Materials 5 Sentyabr 2009 12:30 (UTC +04:00)
Trend News-a hərbi mənbədən şənbə günü verilən məlumata görə, Şirvan şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış 19 yaşlı Sadiq Atayevin həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycan Ordusunun minaya düşən əsgərlərindən biri xəstəxanada ölüb

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Silahlı Qüvvələrinin minaya düşən əsgərlərindən biri bu gün səhər saat 07.00 radələrində xəstəxanada ölüb.

Hərbi mənbədən şənbə günü Trend -a verilən məlumata görə, Şirvan şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış 19 yaşlı Sadiq Atayevin həyatını xilas etmək mümkün olmayıb.

Dünən səhər saatlarında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus avtomobil Ağcabədi rayonunun Minaxorlu kəndi ərazisində tank əleyhinə minaya düşüb.

Partlayış zamanı əsgərlər - ötən il Gədəbəy rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılmış 19 yaşlı Nemət Məmmədov, Şirvan şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış 19 yaşlı Sadiq Atayev və İsmayıllı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış 19 yaşlı Nurlan Rəhimov yaralanıblar. Xəsarət alan əsgərlər Sarıcalıdakı hərbi hospitala aparılıb.

Digər iki əsgərin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat almaq mümkün olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti