...

Azərbaycan Prezidenti Heydər Əliyev Mərkəzində tikinti-quraşdırma işlərinin gedişi ilə tanış olub

Siyasət Materials 7 Sentyabr 2009 20:20 (UTC +04:00)
Dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Mərkəzinin tikintisi ümumilikdə 15,25 hektar sahəni əhatə edir və artıq avtomobil dayanacağının dəmir-beton, elektrotexnika işləri tam başa çatdırılıb. Mərkəzin əsas binasının tikintisinə 2008-ci ilin əvvəlində başlanılıb və burada işlər davam etdirilir. Əsas binada dəmir-beton işləri 85 faiz yerinə yetirilib.
Azərbaycan Prezidenti Heydər Əliyev Mərkəzində tikinti-quraşdırma işlərinin gedişi ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi paytaxtın Nərimanov rayonunda tikilən Heydər Əliyev Mərkəzinə baş çəkib, aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə yaxından tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Mərkəzinin tikintisi ümumilikdə 15,25 hektar sahəni əhatə edir və artıq avtomobil dayanacağının dəmir-beton, elektrotexnika işləri tam başa çatdırılıb. Mərkəzin əsas binasının tikintisinə 2008-ci ilin əvvəlində başlanılıb və burada işlər davam etdirilir. Əsas binada dəmir-beton işləri 85 faiz yerinə yetirilib. Mərkəzin zirzəmi hissəsində tamamlama, elektrotexnika işləri yekunlaşmaq üzrədir.

Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi 2007-ci il sentyabrın 10-da Prezident İlham Əliyevin iştirakı ilə keçirilib.

Aidiyyəti dövlət qurumlarının, elmi təşkilatların, yaradıcılıq birliklərinin və ittifaqların nümayəndələrindən ibarət Heydər Əliyev Mərkəzinin layihəsi üzrə beynəlxalq müsabiqə komissiyası tərəfindən birinci yerə layiq görülmüş "Zaha Hadid Architects" və "İnnova Konstrakşn and Konstraktinq" şirkətlərinin təşkil etdikləri konsorsiumun təqdim etdiyi layihə əsasında tikinti işlərini "DİA Holdinq FZCO" şirkəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti