...

Niderland Krallığı Azərbaycana səfir təyin edəcək

Siyasət Materials 10 Sentyabr 2009 14:07 (UTC +04:00)
Niderland Krallığı Azərbaycana səfir təyin edəcək

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , S.Ağayeva /

Yan-Lukas van Horn Niderland Krallığının Azərbaycana təyin edilmiş ilk səfiri olacaq. Səfirlik rəsmi olaraq oktyabrın ortalarında açılacaq, bu barədə Trend -a Niderland Krallığının Azərbaycandakı konsulluğundan bildirilib.

Səfirliyin açılması təklifi ilə Niderland Krallığının xarici işlər naziri Maksim Verhaxen (Maxime Verhagen) çıxış edib.

Səfirlik energetika sahəsində əməkdaşlıq məsələləri və Hollandiya müəssisələrinə dəstək göstərilməsi ilə məşğul olacaq.

Hollandiya səfiri Avropa İttfaqı ölkələrinin Bakıdakı digər səfirləri, həmçinin Tbilisi və Ankaradakı səfirlikləri ilə sıx əlaqə quracaq. Səfir postuna namizədlə bağlı artıq Azərbaycan tərəfinin razılığı əldə olunub.

Yan-Lukas Azərbaycana səfir təyin edilənə kimi Niderland Krallığı XİN-in Cənub və Şərqi Avropa Departamentinin direktoru vəzifəsində çalışıb.

Səfirliyin rəsmi açılış mərasimində Niderland Krallığının baş katibi Ed Kronenburqun da iştirak edəcəyi gözlənilir.

Azərbaycanın Niderland Krallığındakı səfirliyi 2007-ci ildə açılıb. Hazrkı səfir Fuad İsgəndərovdur.

Azərbaycan və Niderland Krallığı arasında əmtəə dövriyyəsi 2009-cu ilin yanvar-aprel ayları ərzində 17,8 milyon dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti