Qazaxıstan, Astana, 28 sentyabr / Trend , müxbir K.Konırova/
Qanunvericilik və məhkəmə-hüquq islahatları üzrə palata komitəsinin üzvü Serik Temirbulatov bu gün Məclisdə İran İslam Respublikasının Qazaxıstanda müvəqqəti işlər üzrə vəkili Əli İsgəndərlə onun xahişi ilə görüşüb. Bu barədə Məclisin mətbuat xidməti məlumat verir.
"Həmsöhbətlər Qazaxıstan və İran arasındakı əməkdaşlığın inkişafı ilə bağlı məsələləri, həmçinin iqtisadi-ticari əlaqələrin səviyyəsinin artırılmasına dair məsələləri müzakirə ediblər. Tərəflər razılaşıblar ki, parlamentlərarası əməkdaşlıq potensialı lazımi dərəcədə istifadə edilmir", - press-relizdə göstərilib.
Məlumata görə, bununla əlaqədar olaraq diplomat Qazaxıstan parlamentərilərini İrana səfərə dəvət edib. Görüşdə Xəzəryanı ölkələrlə əməkdaşılığa dair məsələlərə də toxunulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]