...

Azərbaycan paytaxtında özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər axtarılır

Siyasət Materials 6 Oktyabr 2009 10:53 (UTC +04:00)
Azərbaycan paytaxtında özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər Sabirabad rayon sakinindən pul tələb ediblər.
Azərbaycan paytaxtında özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər axtarılır

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir H.Bağırov/

Azərbaycan paytaxtında özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər Sabirabad rayon sakinindən pul tələb ediblər.

Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsindən Trend -a verilən məlumata görə, Keşlə qəsəbəsi D.Aslan küçəsi 2-də yerləşən "Viləş" kafesində üç nəfər naməlum şəxs Sabirabad rayon sakini, Keşlə qəsəbəsi A.Mirzəyev küçəsi 2-də kirayə yaşayan 39 yaşlı Çingiz Siyabxan oğlu Əliyevə yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim ediblər. Onlar Əliyevdən Talib adlı şəxsə olan 200 manat borcunu qaytarmasını tələb ediblər.

Daha sonra özlərini polis əməkdaşı kimi təqdim edən həmin şəxslər Əliyevi VAZ 2107 markalı maşına mindirərək, N.Abdullayev küçəsinə gətiriblər və orada onu döyərək, bədən xəsarəti yetiriblər. Zərərçəkmiş hadisə ilə bağlı 23-cü polis bölməsinə ərizə ilə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti