...

İran Türkiyə Baş nazirinin Tehrana səfərinə böyük əhəmiyyət verir - XİN rəhbəri

Siyasət Materials 26 Oktyabr 2009 14:03 (UTC +04:00)
İran Türkiyə Baş naziri Rəcəb Təyyib Ərdoğanın Tehrana rəsmi səfərinə böyük əhəmiyyət verir. Bu barədə bazar ertəsi İranın xarici işlər naziri Mənuçöhr Müttəki jurnalistlərə deyib.
İran Türkiyə Baş nazirinin Tehrana səfərinə böyük əhəmiyyət verir - XİN rəhbəri

İran, Tehran, 26 oktyabr / Trend , T.Cəfərov/

İran Türkiyə Baş naziri Rəcəb Təyyib Ərdoğanın Tehrana rəsmi səfərinə böyük əhəmiyyət verir. Bu barədə bazar ertəsi İranın xarici işlər naziri Mənuçöhr Müttəki jurnalistlərə deyib.

"İki ölkə arasında münasibətlər starateji və qarşılıqlı hörmət əsasında qurulub", - Mottəki deyib. Tehranda aparılan danışıqlar İran-Türkiyə qarşılıqlı münasibətlərində irəliləyişə səbəb olacaq.

"İkitərəfli münasibətlərin müzakirəsilə yanaşı, regionda baş verən regional məsələlər və dəyişikliklər də danışıqların mövzusu olacaq", - Müttəki əlavə edib.

"Son illər İranla Türkiyə arasında regional məsələlərlə bağlı fikir mübadilələri olur. Hesab edirəm ki, Ərdoğanın səfərindən sonra hər iki ölkə prezidentlərinin görüşü gündəlikdə duran məsələ olacaq. Belə görüşlər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində addımdır", - İranın XİN rəhbəri deyib.

Türkiyə Baş nazirinin Tehrana rəsmi səfəri bazar ertəsi axşam başlayır.

Xəbər lenti

Xəbər lenti