...

Bakıda odlu silahla hədə-qorxu gələn keçmiş məhkum saxlanılıb

Siyasət Materials 30 Oktyabr 2009 10:45 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə günü Trend News-a verilən məlumata görə, oktyabrın 5-də gecə saatlarında naməlum şəxs Balaxanı qəsəbəsində Eldar Cəbrayılovun taksi kimi idarə etdiyi «Opel» markalı 90-NF-672 dövlət nömrə nişanlı avtomaşınına əyləşərək Kürdəxanı qəsəbəsi Ləhic bağ massivinə sürdürüb, orada pul gətirmək adı ilə düşüb, daha sonra sürücünü tapanca ilə hədələyərək 50 manat pulunu və mobil telefonunu alıb.
Bakıda odlu silahla hədə-qorxu gələn keçmiş məhkum saxlanılıb

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/ Bakıda odlu silahla hədə-qorxu gələn keçmiş məhkum saxlanııb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, oktyabrın 5-də gecə saatlarında naməlum şəxs Balaxanı qəsəbəsində Eldar Cəbrayılovun taksi kimi idarə etdiyi "Opel" markalı 90-NF-672 dövlət nömrə nişanlı avtomaşınına əyləşərək Kürdəxanı qəsəbəsi Ləhic bağ massivinə sürdürüb, orada pul gətirmək adı ilə düşüb, daha sonra sürücünü tapanca ilə hədələyərək 50 manat pulunu və mobil telefonunu alıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 43 yaşlı Mirzəquliyev Rasim Xamay oğlu oktyabrın 28-i tutulub.

İstintaq zamanı onun cinayətdə istifadə etdiyi idman tapancası da maddi sübut kimi aşkar olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti