...

Azərbaycan Prezidenti İslam Konfransı Təşkilatının baş katibini qəbul edib

Siyasət Materials 11 Noyabr 2009 17:26 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çərşənbə günü İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti İslam Konfransı Təşkilatının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çərşənbə günü İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ekmələddin İhsanoğlu yenidən Azərbaycana səfərindən məmnunluğunu bildirib və Bakıda keçirilən "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" beynəlxalq konfransının əhəmiyyətini vurğulayıb.

Dövlətimizin başçısı bu mövzu ilə bağlı ölkəmizdə mütəmadi olaraq mötəbər konfransların keçirilməsinin önəmini qeyd edib.

Görüşdə Azərbaycan ilə İslam Konfransı Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti