...

Azərbaycan xarici işlər nazirinin İrana rəsmi səfərinin tarixi dəqiqləşib

Siyasət Materials 7 Dekabr 2009 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr / Trend , müxbir T.Cəfərli/

Azərbaycan xarici işlər nazirinin İrana rəsmi səfərinin tarixi dəqiqləşib.

"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 14-də Tehrana səfər edəcək", - Azərbaycanın İrandakı səlahiyyət müddəti bitmiş səfiri Abbasəli Həsənov İranın İSNA xəbər agentliyinə verdiyi müsahibəsində bildirib. Məlumatı Trend yayıb.

Həsənov bildirib ki, Məmmədyarov iranlı həmkarı Mənuçöhr Müttəki ilə Azərbaycan və İran arasındakı ikitərəfli və regional münasibətlərin perspektivləri haqda müzakirələr aparacaq.

"Məmmədyarovun İran Prezidenti Mhamud Əhmədinejad, İran Parlamentinin sədri Əli Laricani və İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili ilə də görüşlər keçirəcəyi nəzərdə tutulub", - diplomat deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti