...

Azərbaycanda rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunan baş mühasibin barəsində cinayət işi başlanıb

Siyasət Materials 15 Dekabr 2009 10:37 (UTC +04:00)
Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən Trend News-a verilən əlumata görə, “A+A İnşaat” MMC-nin baş mühasibi, Bakı şəhər sakini, 47 yaşlı Zakir Qəşəm oğlu Quliyev şirkətin 2005-ci ilin oktyabr-noyabr aylarında olan hesabatlarını saxtalaşdırıb.
Azərbaycanda rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunan baş mühasibin barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 15 dekabr / Trend , muxbir H.Bağırov/

Azərbaycan paytaxtında rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunan şəxsin barəsində cinayət işi başlanıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən Trend -a verilən məlumata görə, "A+A İnşaat" MMC-nin baş mühasibi, Bakı şəhər sakini, 47 yaşlı Zakir Qəşəm oğlu Quliyev şirkətin 2005-ci ilin oktyabr-noyabr aylarında olan hesabatlarını saxtalaşdırıb.

Quliyevin hesabat sənədlərini saxtalaşdırması barədə "A+A İnşaat" MMC-nin sədri Aydın Ağamalı oğlu Sahibov polisə şikayət edib.

Quliyevin barəsində Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlma, satma və ya saxta sənədlərdən istifadə etmə (320) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti