...

Yaponiya Azərbaycanda sosial sahədə daha 8 layihəni maliyyələşdirir

Siyasət Materials 25 Dekabr 2009 14:49 (UTC +04:00)
Yaponiya hökuməti "İnsan təhlükəsizliyi və ot kökləri" qrant proqramı çərçivəsində Azərbaycanda sosial sahədə daha 8 layihəni maliyyələşdirir.
Yaponiya Azərbaycanda sosial sahədə daha 8 layihəni maliyyələşdirir

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir Y.Ostapenko/

Yaponiya hökuməti "İnsan təhlükəsizliyi və ot kökləri" qrant proqramı çərçivəsində Azərbaycanda sosial sahədə daha 8 layihəni maliyyələşdirir.

Qrant müqaviləsi Yaponiya səfirliyi və Azərbaycanın qeyri-hökumət təşkilatları arasında cümə axşamı Bakıda imzalanıb.

Qrant müqaviləsinin imzalanması mərasimində iştirak edən Azərbaycanın təhsil naziri Misir Mərdanov ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Onun sözlərinə görə, Bakının artıq üç məktəbində yapon dili tədris olunur və onlar bu ənənəni inkişaf etdirmək niyyətindədirlər. "Biz həmçinin azərbaycanlı tələbələri Yaponiyanın ali məktəblərində görmək istəyirik", - nazir deyib.

8 qrant üzrə ümumi xərc 763 982 dollar təşkil edir. Layihələr tullantıların səmərəli istifadəsinə, su təchizatına, çay sularının təmizlənməsinə, Salyan rayonunun Xurşud və Quba rayonunun Nügədi-2 kəndlərində məktəblərin inşasına yönəldilib.

Yaponiya hökumətinin Azərbaycan üçün ayırdığı vəsaitin ümumi məbləği 1 milyard dollardan artıqdır. Yardım iqtisadi, kənd təsərrüfatı və sosial sahələrin, mədəniyyətin inkişafına, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti