...

Azərbaycan və Türkiyə arasında viza rejiminin ləğvi məsələsi bütün texniki prosedurlardan keçməlidir – Azərbaycanın XİN rəhbəri

Siyasət Materials 25 Dekabr 2009 18:34 (UTC +04:00)
Bakı və Ankarada müzakirə olunmuş Azərbaycan və Türkiyə arasında viza rejiminin ləğvi məsələsi bütün texniki prosedurlardan keçməlidir və bundan sonra razılaşma imzalana bilər. Bu barədə cümə günü Ankarada, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə rəsmi səfəri çərçivəsində bildirib.
Azərbaycan və Türkiyə arasında viza rejiminin ləğvi məsələsi bütün texniki prosedurlardan keçməlidir – Azərbaycanın XİN rəhbəri

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir R.Hafizoğlu/

Bakı və Ankarada müzakirə olunmuş AzərbaycanTürkiyə arasında viza rejiminin ləğvi məsələsi bütün texniki prosedurlardan keçməlidir və bundan sonra razılaşma imzalana bilər. Bu barədə cümə günü Ankarada, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə rəsmi səfəri çərçivəsində bildirib. Məlumatı Türkiyənin TRT-2 telekanalı yayıb.

Əvvəlcə Ankara Azərbaycanla viza rejiminin ləğv edilməsi təşəbbüsü ilə çıxış edib. Səyahət məqsədilə Türkiyəyə gələn Azərbaycan vətəndaşları bu ölkədə 3 ay ərzində vizasız qala biləcəklər. Hazırda bu müddət 1 ay təşkil edir.

Xəbər lenti

Xəbər lenti