...

Azərbaycanda saxta təhsil diplomu hazırlayan dəstə aşkarlanıb

Siyasət Materials 27 Yanvar 2010 13:05 (UTC +04:00)
Azərbaycanda saxta təhsil diplomu hazırlayan dəstə aşkarlanıb
Azərbaycanda saxta təhsil diplomu hazırlayan dəstə aşkarlanıb

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda saxta təhsil diplomu hazırlayan dəstə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı sakinləri Dürdanə Əliyeva, Şəfiqə Həsənova və Bərdə rayon sakini Sevil Şərifova əlbir olaraq Nərgizə Əhmədovanın adına tərtib olunmuş, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin "İbtidai Sinif Müəllimi" fakültəsini bitirməsi barədə saxta diplom hazırlayaraq, Nərgizənin əri Eldar Axundova 12.500 dollara satdıqlarına görə saxlanıblar.

Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti