...

Nino Burcanadzenin prezidentin ona hədiyyə etdiyi evi geri qaytarmaq cəhdi uğursuz oldu

Siyasət Materials 8 Fevral 2010 18:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 fevral / Trend , müxbir N.Kirsxaliya/

"Demokratik hərəkat - vahid Gürcüstan" lideri Nino Burcanadzenin prezidentin ona hədiyyə etdiyi Sxneti bağ evini qaytarmaq iddiası Tbilisi şəhər məhkəməsində təmin olunmayıb. İnzibati işlər üzrə kollegiyadan Trend -a verilən məlumata görə, eks-spikerin vəkilləri Burcanadzenin mülkündən məhrum olmasına səbəb olan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin 2009-cu il 26 oktyabr tarixli 3793 saylı əmrinin etibarsız sayılmasını tələb ediblər.

Administrativ işlər üzrə kollegiyanın fevralın 8-dəki qərarına əsasən, məhkəmə Nino Burcanadzenin iddiasını əsassız olması səbəbindən təmin etməyib.

İş üzrə mövcud olan sübutlarla təsdiq olunub ki, vergi orqanı hökumətin 10 sentyabr 2009-cu il tarixli 158 saylı qərarı əsasında vergi ödəyicisinin müsadirə olunmuş mülkünü dövlət mülkiyyətinə qaytarıb.

Məhkəmə qərarından 14 gün ərzində apelyasiya məhkəməsinə şikayət oluna bilər.

Xəbər lenti

Xəbər lenti