Amerika Prezidenti Barak Obamanın ABŞ siyasətinin dəyişdirilməsinə doğru yönələn cəhdləri ümidləri boşa çıxarır. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejat Tehranda İran İslam İnqilabının 31-ci ildönümünün qeyd olunması ilə əlaqədar keçirilən mitinqdə bildirib. Bu barədə İRİNN telekanalı xəbər verir.
Əhmədinejatın sözlərinə görə, İran ona qarşı siyasətini dəyişdirməsi üçün ABŞ-a xahişlə müraciət edib, Amerika söz verib. Lakin, İran Prezidentinin sözlərinə görə, Obama "təsir altındadır".
İran düzgün mövqe tutmalıdır və həmin təsirlərə qapılmamalıdır. Bunu İran lideri bildirib.
"Biz ümid edirik ki, Obama Amerikada islahat aparacaq, öz xalqına xidmət edəcək və Corc Buşun aqressiv siyasətinə son qoyacaq", - Əhmədinejat deyib.
Onun sözlərinə görə, Qərb İranın yolu üzərində dura bilməz, belə ki, kapitalizm rejiminin sonu gəlib.
"Kapitalizm son nəfəsindədir", - Əhmədinejat deyib.