...

Azərbaycanda saxta diplom satan məhkum saxlanılıb

Siyasət Materials 13 Fevral 2010 13:30 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Yaqub Rüstəmov Daşkəsən rayon sakini Arzu Qurbanovun adına tərtib edilmiş Gəncə Humanitar Kollecinin Bədən Tərbiyəsi müəllimi fakültəsini bitirməsi barədə diplomu hazırlayaraq Bakı şəhər sakini Hətəmxan Çobanova 2000 manata satıb.
Azərbaycanda saxta diplom satan məhkum saxlanılıb

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda saxta diplom hazırlayan məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Yaqub Rüstəmov Daşkəsən rayon sakini Arzu Qurbanovun adına tərtib edilmiş Gəncə Humanitar Kollecinin Bədən Tərbiyəsi müəllimi fakültəsini bitirməsi barədə diplomu hazırlayaraq Bakı şəhər sakini Hətəmxan Çobanova 2000 manata satıb.

Fakt üzrə İdarənin İstintaq Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti