...

ABŞ-ın Azərbaycanla möhkəm əlaqələr qurmaq arzusu dəyişməz olaraq qalır - Uilyam Berns

Siyasət Materials 19 Fevral 2010 18:38 (UTC +04:00)
ABŞ əvvəlki kimi Azərbaycanla əlaqələrin möhkəmlənməsi mövqeyindən çıxış edir. Bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns deyib.
ABŞ-ın Azərbaycanla möhkəm əlaqələr qurmaq arzusu dəyişməz olaraq qalır - Uilyam Berns

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir V.Javoronkova/

ABŞ əvvəlki kimi Azərbaycanla əlaqələrin möhkəmlənməsi mövqeyindən çıxış edir. Bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns deyib.

"1992-ci ildən sonra ilk dəfə Azərbaycana gəldiyimə görə şox şadam. Azərbaycanda və bütün dünyada bir çox şeylər dəyişib. Lakin bir şey dəyişməz olaraq qalıb - ABŞ-ın Azərbaycanla möhkəm əlaqələr qurmaq arzusu", - Berns bu gün Bakıda səfərinin yekunları üzrə deyib.

Berns deyib ki, o, Prezident İlham Əliyevlə görüşüb və onlar ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektrlərini müzakirə ediblər.

"Mən xalqlarımız və dövlətlərimiz arasında daha möhkəm əlaqələrin qurulması üçün əlimdən gələni edəcəyəm", - o deyib.

Xəbər lenti

Xəbər lenti