...

Azərbaycanın Strateji Araşdırmalar Mərkəzi Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı dəyirmi masa təşkil edəcək

Siyasət Materials 23 Fevral 2010 15:47 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) fevralın 25-də Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı dəyirmi masa təşkil edəcək.
Azərbaycanın Strateji Araşdırmalar Mərkəzi Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı dəyirmi masa təşkil edəcək

Azərbaycan, Bakı, 23 fevral / Trend /

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) fevralın 25-də Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı dəyirmi masa təşkil edəcək.

"Xocalı soyqırımının siyasi, hüquqi və psixoloji aspektləri" mövzusunda dəyirmi masada iştirak etmək üçün siyasi şərhçi, tarixçi-etnoqraf, Litva Respublikası Seyminin İqtisadiyyat komitəsinin sədri İmantas Melyonas və Litvanın "Lazdiyay ulduzu" ictimai-siyasi qəzetinin redaktoru Riçardas Lapaytis dəvət edilib.

Litvalı qonaqlarla yanaşı, tədbirdə digər məruzəçilər - SAM-ın baş elmi əməkdaşı Tahirə Allahyarova, elmi işçilər Dilbadi Qasımov və Rauf Qaragözov iştirak edəcəklər.

Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 26-da yeddiminlik əhalisi olan Xocalı şəhərində soyqırım aktını həyata keçiriblər. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalının işğalı zamanı şəhərdə üç minə yaxın adam qalıb. Dörd aydan çox davam edən blokada ilə əlaqədar əhalinin əksəriyyəti şəhəri tərk etməli olub. Soyqırım zamanı Xocalıda 600-dan çox adam öldürülüb, 1000 nəfər aldığı yara nəticəsində əlilə çevrilib. 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib. Faciə gecəsi 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi indiyədək məlum deyil.

Xəbər lenti

Xəbər lenti