...

Azərbaycan Prezidenti Qəbələdə "Qafqaz-Park" Gənclik Mərkəzinin açılışında iştirak edib

Siyasət Materials 27 Fevral 2010 15:07 (UTC +04:00)
Dövlətimizin başçısı əvvəlcə 900 kvadratmetr sahəsi olan süni buz meydançası ilə tanış oldu. Müasir standartlara uyğun qurulan bu meydança yerli əhalinin və turistlərin marağına səbəb olmuşdur.
Azərbaycan Prezidenti Qəbələdə "Qafqaz-Park" Gənclik Mərkəzinin açılışında iştirak edib

Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə "Qafqaz-Park" Gənclik Mərkəzinin açılışında iştirak edib,  AzərTAc dövlət agentliyi məlumat yayıb.

Dövlətimizin başçısı əvvəlcə 900 kvadratmetr sahəsi olan süni buz meydançası ilə tanış oldu. Müasir standartlara uyğun qurulan bu meydança yerli əhalinin və turistlərin marağına səbəb olmuşdur.

Parkın ərazisini gəzən Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi sahəsi 16 hektar olan parkda müxtəlif iaşə obyektləri, üzgüçülük hovuzları, süni göllər, kafelər, uşaq əyləncə mərkəzləri inşa olunmuşdur. Ərazidə müxtəlif dekorativ ağac, kol və güllərdən ibarət yaşıllıq salınmış, orijinal fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Mərkəzdə 150 nəfər işlə təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti