...

Sinqapur Azərbaycan ilə ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir - XİN rəhbəri (FOTO)

Siyasət Materials 19 Mart 2010 16:11 (UTC +04:00)
Sinqapur Azərbaycan ilə ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir. Bunu cümə günü Bakıda jurnalistlərə Sinqapurun xarici işlər naziri Corc Yeo deyib.
Sinqapur Azərbaycan ilə ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir - XİN rəhbəri (FOTO)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir S.Ağayeva/

Sinqapur Azərbaycan ilə ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir. Bunu cümə günü Bakıda jurnalistlərə Sinqapurun xarici işlər naziri Corc Yeo deyib. Onun sözlərinə görə, yaxın illərdə iqtisadi əlaqələrin xeyli genişləndirilməsi və bu məqsədlə birbaşa hava əlaqəsinin açılması planlaşdırılır ki, bunun da mümkünlüyü hazırda öyrənilir.

Nazir Sinqapurun Azərbaycan ilə əməkdaşlıq etmək istəyinə parlaq nümunə olaraq tərsanə inşasına dair yeni birgə layihəyə başlandığını göstərib. Bu gün Bakıda yeni zavodun təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti də iştirak edib.

Azərbaycan iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsini planlaşdırır.

"Danışıqlar zamanı biz gələcəkdə investisiya qoyuluşları və ikiqat verginin aradan qaldırılması sahəsində sazişlərin imzalanması üzərində iş aparmaq barədə qərar qəbul etdik", - Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, tərəflər siyasi məsləhətləşmələrin və iki ölkənin mədəniyyət günlərinin keçirilməsi barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti