...

Azərbaycan Prezidenti Pakistanlı həmkarını milli bayram münasibətilə təbrik edib

Siyasət Materials 20 Mart 2010 16:41 (UTC +04:00)
Prezident İlham Əliyevin pakistanlı həmkarı Asif Əli Zərdariyə ünvanladığı təbrikdə prezident Azərbaycan-Pakistan dövlətlərarası münasibətlərinin inkişafı, əlaqələrimizin hərtərəfli genişlənməsi, dostluq və əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra ardıcıl şəkildə davam etdirəcəyinə əminlik bildirib.
Azərbaycan Prezidenti Pakistanlı həmkarını milli bayram münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 20 mart / Trend / Azərbaycan Prezidenti Pakistanlı həmkarını milli bayram münasibətilə təbrik edib, Azərtac Dövlət Agentliyi xəbər verir.

Prezident İlham Əliyevin Pakistan prezidenti Asif Əli Zərdariyə ünvanladığı təbrikdə prezident Azərbaycan-Pakistan dövlətlərarası münasibətlərinin inkişafı, əlaqələrin hərtərəfli genişlənməsi, dostluq və əməkdaşlığın möhkəmlənməsi yolunda birgə səylərin bundan sonra ardıcıl şəkildə davam etdiriləcəyinə əminliyini bildirib.

"Pakistan günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Pakistan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm",- deyə təbrik məktubunda Prezident bildirib.

Xəbər lenti

Xəbər lenti