Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın Kraliçası Beatriksə krallığın milli bayramı - Kraliça günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan-Niderland dövlətlərarası münasibətləri, çoxşaxəli dostluq və əməkdaşlıq əlaqələrimiz bundan sonra da öz inkişafını davam etdirərək xalqlarımızın rifahına töhfələr verəcəkdir", - təbrik məktubunda deyilir.
İlham Əliyev Kraliça Beatriksə möhkəm cansağlığı, işlərində uğurlar, dost Niderland xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.