...

Bakıda Böyük Vətən müharibəsi qəhrəmanlarının qardaşlıq məzarına əklil qoyulub (FOTO)

Siyasət Materials 7 May 2010 14:59 (UTC +04:00)
Cümə günü Bakıda Böyük Vətən müharibəsində həlak olmuş xilaskar əsgərin qardaşlıq məzarına gülqoyma mərasimi keçirilib.
Bakıda Böyük Vətən müharibəsi qəhrəmanlarının qardaşlıq məzarına əklil qoyulub  (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir V.Javoronkova/

Cümə günü Bakıda Böyük Vətən müharibəsində həlak olmuş xilaskar əsgərin qardaşlıq məzarına gülqoyma mərasimi keçirilib.

Tədbirdə BVM veteranları, eləcə də MDB ölkələrinin diplomatik missiyalarının və ictimai təşkilatalrın nümayəndələri iştirak ediblər.

MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri adından Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin çıxış edib. O, veteranları Böyük Qələbənin ildönümü münasibətilə təbrik edib.

"Həm dostlar, həm də Birlikdəki tərəfdaş kimi, Azərbaycanda bu böyük bayramın necə qeyd olunmasından son dərəcə şadıq", - Doroxin deyib.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin diqqətini və onun Azərbaycanda yaşayan BVM veteranlarına göstərdiyi qayğını xüsusi qeyd edib; eləcə də ölkənin Böyük Vətən müharibəsi haqda həqiqətləri indiki nəslə çatdırmaq üçün həyata keçirdiyi informasiya siyasətinə görə təşəkkürünü bildirib.

Səfirin sözlərinə görə, BVM-də Sovet İttifaqının qələbəsi Azərbaycanın neft xəzinəsi olmadan mümkün deyildi.

Mərasimdə Milli Məclisin deputatı Mixayl Zabelin və Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbəri iştirak edib. Tədbirin gedişində 150 veteran yubiley medalları ilə təltif olunub.

Təntənəli mərasimdə çıxış edən deputat Zabelin bildirib ki, Azərbaycan oğulları BVM veteranlarının xatirəsini anırlar. O, Azərbaycan hökumətinə və prezident İlham Əliyevə digər MDB ölkələrindən fərqli olaraq, Azərbaycanda bu bayramın unudulmadığı üçün təşəkkürünü bildirib.

"Azərbaycan bu gün müharibə vəziyyətindədir, onun əraziləri faşistlərin Sovet İttifaqının ərazilərini işğal etmək istədikləri kimi separatçılar tərəfindən zəbt olunub", - Zabelin bildirib.

"Ümid edirəm, onların cəhdləri puça çıxacaq və Azərbaycan xalqı işğal altında olan torpaqların qaytarılması üçün hər şey edəcək",  - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti