...

Azərbaycan bölgələrində təbii fəlakətlə əlaqədar nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilib - BDYPİ

Siyasət Materials 8 May 2010 13:03 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsi bölgələrdə baş vermiş təbii fəlakətlə əlaqədar nəqliyyat vasitələrinin hərəkət istiqamətini dəyişdirib.
Azərbaycan bölgələrində təbii fəlakətlə əlaqədar nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilib - BDYPİ

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir K.Zərbalıyeva/

Respublika Baş Dövlət Yol Polisi İdarəsi bölgələrdə baş vermiş təbii fəlakətlə əlaqədar nəqliyyat vasitələrinin hərəkət istiqamətini dəyişdirib.

"Bəzi rayonları su basması və yolların bağlanması ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilib", - şənbə günü Trend-ə BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

BDYPİ paytaxtdan rayonlara və əks istiqamətə hərəkət edən sürücülərdən Şirvan - Sabirabad yolunun bağlanması ilə əlaqədar, Sabirabad rayonu istiqamətində getmək üçün Hacıqabul - Padarçöl, İmişli və Saatlı rayonlarına getmək üçün isə Salyan - Biləsuvar yolundan istifadə etmələrini xahiş edir.

Xəbər lenti

Xəbər lenti