...

Mərkəzi Seçki Komissiyası mayın sonunadək parlament seçkiləri çərçivəsində seçicilərin sayını dəqiqləşdirəcək

Siyasət Materials 10 May 2010 12:25 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdakı parlament seçkiləri çərçivəsində seçici siyahılarının dəqiqləşdirilməsini aparacaq.
Mərkəzi Seçki Komissiyası mayın sonunadək parlament seçkiləri çərçivəsində seçicilərin sayını dəqiqləşdirəcək

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdakı parlament seçkiləri çərçivəsində seçici siyahılarının dəqiqləşdirilməsini aparacaq. Bu barədə MSK sədri Məzahir Pənahov bazar ertəsi jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, mayın sonunadək MSK işləri başa çatdırmağı və seçicilərin yeni dəqiqləşdirilmiş siyahılarını təqdim etməyi planlaşdırır.

Azərbaycanda parlament seçkilərinin noyabrın əvvəllərində keçirilməsi planlaşdırılır. Sonuncu dəfə 2008-ci ildə prezident seçkiləri dövründə seçicilərin sayı 4 834 584 təşkil edib.

Pənahovun sözlərinə görə, seçkilərə hazırlıq prosesində maariflənmə fəaliyyəti aparılır, MSK seçki dairələrində aparılan monitorinqləri başa çatdırır. "Monitorinqlər yüksək səviyyədə keçirilir. Biz hesab edirik ki, bütün dairələr seçki prosesinə hazırdırlar", - o deyib.

Parlament seçkilərinin keçiriləcəyi müddətə toxunan MSK sədri bildirib ki, bu məsələ ilə bağlı hələlik heç bir rəsmi bəyanat verilməyib. "Düşünürəm ki, seçkilər Konstitusiya ilə müəyyən edilmiş müddətdə keçiriləcək", - Pənahov bildirib.

O, həmçinin yaxın vaxtlarda MSK-nin yeni binaya köçəcəyini və bunun da seçkilərin daha yüksək səviyyədə keçirilməsinə imkan verəcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti