...

Brüsseldə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü qeyd edilib (FOTO)

Siyasət Materials 11 May 2010 18:51 (UTC +04:00)
Heydər Əliyev Fondu, Azərbaycanın Belçikadakı səfirliyi və NATO yanında missiyasının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə rəsmi görüş təşkil olunub.
Brüsseldə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü qeyd edilib (FOTO)

Аzərbaycan, Bakı, 11 may /Trend, müxbir S.Ağayeva/

Heydər Əliyev Fondu, Azərbaycanın Belçikadakı səfirliyi və NATO yanında missiyasının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə rəsmi görüş təşkil olunub. Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Emin Eyyubov öz çıxışında ulu öndərin dövlətin quruculuğu və möhkəmlənməsində aparıcı rolundan, onun Azərbaycan xalqına göstərdiyi misilsiz xidmətlərindən, keçdiyi həyat yolundan söz açıb, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin onun uzaqgörən siyasətini uğurla davam etdirdiyini vurğulayıb.

Daha sonra qonaqlar fotosərgi ilə tanış olublar, həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, ümummilli liderə həsr olunmuş sənədli film nümayiş olunub. Tədbirdə Azərbaycanın əməkdar artisti, prezident təqaüdçüsü, beynəlxalq müsabiqələrin laureatı, pianoçu Murad Hüseynov Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib.

Tədbirdə Belçikanın ictimai xadimləri, xarici ölkələrin səfirləri, Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti