...

Poti limanında 100 kiloqram heroin aşkarlanıb

Siyasət Materials 3 İyun 2010 16:16 (UTC +04:00)
Poti limanında iri həcmdə heroin aşkar edilib. "Rustavi-2" teleşirkətinin verdiyi məlumata görə, heroin mayın 26-da Antiqua və Barbudanın bayrağı altında üzən "Rok Eyci" gəmisi tərəfindən limana gətirilib.
Poti limanında 100 kiloqram heroin aşkarlanıb

Gürcüstan, Tbilisi, 3 iyun /Trend, müxbir N.Kirsxaliya/

Poti limanında iri həcmdə heroin aşkar edilib. "Rustavi-2" teleşirkətinin verdiyi məlumata görə, heroin mayın 26-da Antiqua və Barbudanın bayrağı altında üzən "Rok Eyci" gəmisi tərəfindən limana gətirilib.

Gəmi mayın 28-i limanı tərk edib, yükün, yəni texniki avadanlığın yoxlanışı isə bundan sonra aparılıb. Elə o zaman 100 kq heroin aşkar edilib.

Portun administrasiyası bəyan edir ki, baş verənlər barədə heç nə bilmir, çünki yükün yoxlanışını Gürcüstan DİN-in əməkdaşları aparıb.

Yükün sahibləri saxlanılıb, lakin onların adları çəkilmir.

Xəbər lenti

Xəbər lenti