Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir T.Hacıyev/
Azəbaycan nümayəndə heyəti rəsmi dövlət strukturları ilə birlikdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) sərgi hazırlamağı planlaşdır. Trend-in məlumatına görə bu barədə şənbə günü jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.
Millət vəkili Seyidov bildirib ki, Azərbaycanın AŞ-dakı nümayəndə Heyətinin əsas vəzifələrindən biri də Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır.
Trendin arayışı: Azərbaycan Avropa Şurasına 2001-ci ildə üzv olub.
"Bunu müxtəlif vasitələrlə həyata keçirmək mümkündür. Birinci üsul məruzə ətrafında müzakirələr, məruzəyə münasibətdirsə digər üsullar AŞ deputatları üçün sərgilərdə Azərbaycanla bağlı məlumatların yayılması, real ünsiyyətin təşkil olunması və Azərbaycanda baş verən prosesləri avropa deputatlarına çatdırmaqdır." - Seyidov əlavə edib.