...

ATƏT Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı tərəfləri qarşılıqlı anlaşmaya çağırır

Siyasət Materials 10 İyun 2010 12:12 (UTC +04:00)
ATƏT-in Bakı Ofisinin rəhbəri Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı tərəfləri qarşılıqlı anlaşmaya çağırır.
ATƏT Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı tərəfləri qarşılıqlı anlaşmaya çağırır

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir K.Zərbalıyeva/

ATƏT-in Bakı Ofisinin rəhbəri Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı tərəfləri qarşılıqlı anlaşmaya çağırır.

"Bu istiqamətdə müəyyən çalışmalarımız olacaq. Sərbəst toplaşmaq azadlığı ilə bağlı yaranan problem tərəflərin bir-birini anlamamasıdır və mütləq buna aydınlıq gətirmək lazımdır", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel deyib.

Azərbaycanın müxalifət partiyaları, əsasən, şəhərin mərkəzi meydanlarında etiraz aksiyaları keçirmək istədiyindən, Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı yerlərlə razılaşmır.

Cankorelin sözlərinə görə, aksiyaların keçirilməsində icra strukturları ilə müxalifətçilərin fərqli fikirləri, baxışları var.

"Ona görə bununla bağlı hər iki tərəfi qane edəcək standartın qəbul edilməsi lazımdır. Biz bu istiqamətdə səylərimizi artıracağıq", - ATƏT-in Bakı Ofisinin rəhbəri qeyd edib.

Bir neçə gün öncə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşdüyünü xatırladan Cankorel sərbəst toplaşmaq azadlığı ilə bağlı birgə çalışmalar aparılacağını deyib.

Xəbər lenti

Xəbər lenti