...

Azərbaycan polisi külli miqdarda saxta 100 dollarlıq əsginazları dövriyyədən çıxarıb

Siyasət Materials 11 İyun 2010 13:33 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Azərbaycan polisi külli miqdarda saxta 100 dollarlıq əsginazları dövriyyədən çıxarıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan polisi külli miqdarda saxta 100 dollarlıq əsginazları dövriyyədən çıxarıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakının Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Tovuz rayon sakini Qalib Tanrıverdiyev 1032 ədəd saxta 100 dollarlıq əsginazları 40 min dollara satarkən tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti