...

TÜRK PA-nın baş katibi İstanbulda beynəlxalq konfransda iştirak edəcək

Siyasət Materials 17 İyun 2010 13:38 (UTC +04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) baş katibi Ramil Həsənov İslam Konfransı Təşkilatının (İKT) Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun dəvəti ilə beynəlxalq konfransda iştirak edəcək. Bu barədə cümə axşamı Trend-ə TÜRK PA-nın mətbuat xidmətindən məlumat veriblər.
TÜRK PA-nın baş katibi İstanbulda beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir T.Hacıyev/

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) baş katibi Ramil Həsənov İslam Konfransı Təşkilatının (İKT) Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun dəvəti ilə beynəlxalq konfransda iştirak edəcək. Bu barədə cümə axşamı Trend-ə TÜRK PA-nın mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda deyilir ki, "Cənub-Şərqi Avropada sabitlik və əməkdaşlıq naminə" beynəlxalq konfrans iyunun 20-23-də Türkiyənin İstanbul şəhərində keçiriləcək. Konfransda Balkan ölkələri, Yunanıstan, Rumıniya, Bolqarıstan, Rusiya, Ukrayna, Moldova, Türkiyə, Azərbaycan, Gürcüstan və digər ölkələrdən millət vəkilləri, siyasətçilər, diplomatlar iştirak edəcəklər. Konfransda müxtəlif mədəniyyətlərə, siyasi görüşlərə, təhsilə sahib ölkələr arasında sabitliyin qorunması, əməkdaşlığın güclənməsi, mövcud münaqişələrin həllində dözümlülük faktoru kimi məsələlər müzakirə olunacaq.
Həsənov konfransda "Beynəlxalq hüququn güclənməsində parlament demokratiyası" adlı məruzə ilə çıxış edəcək. Konfransda qəbul olunacaq bəyanat və qərarlar, həmçinin, iyunun 23-də keçiriləcək Cənub-Şərqi Avropa əməkdaşlıq prosesinə üzv ölkələrin xarici işlər nazirlərinin, dövlət və hökumət rəhbərlərinin sammitində müzakirə olunması məqsədilə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti