...

Avstriya xarici işlər nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 21 İyun 2010 15:44 (UTC +04:00)
Mixael Şpindelegger iyunun 22-24-nə nəzərdə tutulan səfəri zamanı Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov, ARDNŞ prezidenti Rövnəq Abdullayevlə danışıqlar aparacaq.
Avstriya xarici işlər nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Mixael Şpindelegger iyunun 22-24-nə nəzərdə tutulan səfəri zamanı Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov, ARDNŞ prezidenti Rövnəq Abdullayevlə danışıqlar aparacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Səfər çərçivəsində Avstriyanın Azərbaycandakı səfirliyinin açılışı da gözlənilir. Azərbaycan XİN rəhbəri ilə aparılan danışıqlarla bağlı mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti