...

Azərbaycan müxalifətində birliyin olmaması seçkilərdəki nəticələrinə mənfi təsir edəcək – müxalifətçi deputat

Siyasət Materials 22 İyun 2010 09:00 (UTC +04:00)
Azərbaycan müxalifətində birliyin olmaması seçkilərdə müxalifətin nəticələrinə mənfi təsir edəcək. Bu barədə bazar ertəsi Trend-ə Milli Məclisin Müsavat Deputat Qrupunun üzvü, millət vəkili Pənah Hüseyn bildirib.
Azərbaycan müxalifətində birliyin olmaması seçkilərdəki nəticələrinə mənfi təsir edəcək – müxalifətçi deputat

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycan müxalifətində birliyin olmaması seçkilərdə müxalifətin nəticələrinə mənfi təsir edəcək. Bu barədə bazar ertəsi Trend-ə Milli Məclisin Müsavat Deputat Qrupunun üzvü, millət vəkili Pənah Hüseyn bildirib.

"İndiki şəraitdə müxalifətin seçki ilə əlaqədar maddi və digər resurslarının səmərəli istifadəsi üçün belə bir birlik lazımdır. Birlik olmasa, təbii ki, bu, seçkilərin nəticələrinə mənfi təsir göstərəcək", - millət vəkili bildirib.

Trend-in arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Seçki ərəfəsində Azərbaycanın bir sıra müxalifət partiyaları birləşmək yolunda danışıqlar aparsa da birliyə nail ola bilməyiblər. Ümid Partiyasının lideri İqbal Ağazadə ötən şənbə Trend-ə açıqlamasında bildirib ki, artıq bloklaşma və müxalifətin vahid cəbhəsi anlayışı bu seçkilər üçün geridə qalmış məsələdir və bu prosesi bitmiş hesab etmək olar.

Hüseynin sözlərinə görə, indidən bu barədə qərar vermək doğru deyil və müxalifətin birləşməsi mümkündür. "Seçki kampaniyası hələ ki başlamayıb. Hələ üç ay var, hətta seçki kampaniyası başlayıb. Namizədlər qeydə alındıqdan sonra da birgə iştirak modelləri mümkündür", - o əlavə edib.

Hüseyn qeyd edib ki, majoritar seçki sistemində ayrı-ayrı namizədlər kifayət qədər səs toplaya bilir.

"2005-ci ilin təcrübəsi göstərir ki, "Azadlıq" blokundan kənarda olan, partiya tərkibində iştirak etməyən nüfuzlu şəxslər də ölkədə ümumi siyasi fəallıq yüksək olursa, səs almaq imkanı əldə edə bilirlər. İndiki şəraitdə də hesab edirəm ki, müxalifət səslərin yarısını alacaq", - millət vəkili deyib.

Xəbər lenti

Xəbər lenti