...

Azərbaycanın iki müxalifət partiyası vahid seçki blokunda təmsil olunmaq üçün danışıqlara başlayıb

Siyasət Materials 24 İyun 2010 16:07 (UTC +04:00)
Azərbaycanın müxalif Demokrat Partiyası ilə "Azadlıq" bloku arasında vahid seçki blokunda təmsil olunmaq üçün ilkin müzakirələr başlanılıb.
Azərbaycanın iki müxalifət partiyası vahid seçki blokunda təmsil olunmaq üçün danışıqlara başlayıb

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Demokrat Partiyası ilə "Azadlıq" bloku arasında vahid seçki blokunda təmsil olunmaq üçün ilkin müzakirələr başlanılıb. Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda bildirilir ki, cümə axşamı ADP-nin Mərkəzi Qərargahında ADP sədri Sərdar Cəlaloğlu və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli arasında görüş olub.

Müzakirələr zamanı Azərbaycanın milli maraqları baxımından qarşıdan gələn parlament seçkilərində müxalifət partiyalarının birlikdə iştirakının vacibliyi bir daha vurğulanıb və müzakirələrin davam etdirilməsi qərara alınıb.

Görüşdə ADP Ali Məclisinin sədri Vaqif Şirinov və partiya sədrinin müavini Taliyət Əliyev də iştirak edib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti