...

Rumıniya Azərbaycanın ərazi bütövlüyünü daim tanıyıb və bu mövqeyində bundan sonra da qalacaq - Rumıniyanın xarici İşlər naziri

Siyasət Materials 19 İyul 2010 23:35 (UTC +04:00)
Rumıniya Azərbaycanın ərazi bütövlüyünü daim tanıyıb və dəstəkləyib və bu mövqeydə bundan sonra da qalacağ. Bunu Rumıniyanın Xarici İşlər naziri Teodor Bakonski Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüş zamanı deyib.
Rumıniya Azərbaycanın ərazi bütövlüyünü daim tanıyıb və bu mövqeyində bundan sonra da qalacaq - Rumıniyanın xarici İşlər naziri

Rumıniya Azərbaycanın ərazi bütövlüyünü daim tanıyıb və dəstəkləyib və bu mövqeydə bundan sonra da qalacağ. Bunu Rumıniyanın Xarici İşlər naziri Teodor Bakonski Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüş zamanı deyib.

Azərbaycan Respublikası Xarici İşlər naziri Elmar Məmmədyarov 19 iyul tarixində Azərbaycanın ərazisindən tranzitlə səfər edən Rumıniyanın Xarici İşlər naziri Teodor Bakonskini qəbul edib. Bu barədə məlumatı Trend-ə XİN-in mətbuat xidmətindən veriblər.

Görüşdə ikitərəfli münasibətlər, regionda cərəyan edən proseslər, enerji və kommunikasiya layihələri və digər məsələlər müzakirə mövzusu omuşdur. Nazirlər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı, enerji sahəsində əməkdaşlıq və ölkələr arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf etditirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulamışlar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıq prosesi və Qazaxıstanın Almatı şəhərində ATƏT-in Xİ nazirlərinin qeyri-rəsmi görüşündə iştirakı barədə rumıniyalı həmkarına məlumat verən nazir E.Məmmədyarov, bu münaqişənin yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağı mümkünlüyü vurğulamışdır.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Xəbər lenti

Xəbər lenti