...

Gürcüstan və İran vizasız rejimə keçirlər

Siyasət Materials 20 İyul 2010 13:40 (UTC +04:00)
Sentyabrda Gürcüstanla İran arasında vizasız rejim tətbiq olunacaq, İranın Gürcüstandakı səfiri Məcid Səmədzadə Sabir Gürcüstanın "Maestro" teleşirkətinə bildirib.
Gürcüstan və İran vizasız rejimə keçirlər

Gürcüstan, Tbilisi, 20 iyul /Trend, müxbir N.Кirsxaliya/

Sentyabrda Gürcüstanla İran arasında vizasız rejim tətbiq olunacaq, İranın Gürcüstandakı səfiri Məcid Səmədzadə Sabir Gürcüstanın "Maestro" teleşirkətinə bildirib.

O vurğulayıb ki, bu, Gürcüstan-İran münasibətlərini möhkəmləndirməyə kömək edəcək və iki xalqın daha da yaxınlaşmasına şərait yaradacaq.

Səfir, həmçinin, Rusiya-Gürcüstan münasibətlərinin normallaşacağına ümid etdiyini bildirib. "Biz Rusiya ilə Gürcüstan arasında münasibətlərin qaydaya salınması və iki ölkənin yenidən mehriban qonşu dövlətlər olacağı zamanı arzulayırıq", - o deyib.

Sabirin sözlərinə görə, əgər Moskva və Tbilisi İrana rəsmi şəkildə vasitəçilik üçün müraciət etsə, onda "bu məsələ tədqiq ediləcək".

Xəbər lenti

Xəbər lenti