...

Azərbaycanın Təbrizdəki baş konsulu Şərqi Azərbaycan əyalətinin başçısına etimadnaməsini təqdim edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 Avqust 2010 17:59 (UTC +04:00)
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə bu gün İranın Şərqi Azərbaycan əyalətinin başçısı Əhməd Əlirza Beygi ilə görüşüb və öz etimadnaməsini ona təqdim edib.
Azərbaycanın Təbrizdəki baş konsulu Şərqi Azərbaycan əyalətinin başçısına etimadnaməsini təqdim edib (ƏLAVƏ OLUNUB)

RED. əlav: son iki abzas - baş konsul Əli Əlizadənin sözləri əlavə olunub

Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə bu gün İranın Şərqi Azərbaycan əyalətinin başçısı Əhməd Əlirza Beygi ilə görüşüb və öz etimadnaməsini ona təqdim edib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Görüş zamanı Şərqi Azərbaycan əyalətinin başçısı (ostandar) Beygi İran və Azərbaycanın müştərək din və dilə malik olduğunu və bu müştərəkliyin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinə zəmin yaratdığını bildirib.

O, iki ölkə vətəndaşlarının gediş-gəlişinin sadələşdirilməsi məqsədi ilə Azərbaycan tərəfinin İran vətəndaşları üçün viza rejiminin ləğv etməsinin vacibliyini vurğulayıb. "Bu məsələ bizim üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan vətəndaşları İrana vizasız səfər edirlər, bu şərait İran vətəndaşları üçün də yaradılmalıdır", - Beygi deyib.

O, Azərbaycan sərmayəçilərini Təbrizdə sərmayələr yatırmağa dəvət edib. "Təbrizdə fəaliyyət göstərmək üçün çox yaxşı şərait var və biz sərmayə yatıranlara güzəştlər edirik, Azərbaycan sərmayəçilərini bu şəhərdə sərmayə yatırmağa dəvət edirik", - Beygi qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Əli Əlizadə iyul ayının 6-da Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərində baş konsulu təyin edilib. O, Azərbaycanın Təbrizdəki sabiq baş konsulu Ayxan Süleymanovu əvəz edib.

Görüşdə Azərbaycanın Təbrizdəki baş konsulu Əlizadə deyib ki, Baş Konsulluq öz fəaliyyətini Təbrizdə genişləndirəcək və İran vətəndaşlarına daha yüksək səviyyədə konsulluq xidmətləri göstərəcək. "Çalışacağıq ki, Təbriz əhalisi, ümumiyyətlə, İran vətəndaşları Baş Konsulluğa müraciət edərkən daha yüksək xidmətlərlə qarşılaşsınlar", - Əlizadə bildirib.

Baş konsul, həmçinin, İranın Şərqi Azərbaycan əyalətinin başçısını Bakı və Naxçıvana səfərə dəvət edib.

Xəbər lenti

Xəbər lenti