...

Niderland Parlament rəhbərinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacaq - spiker Oqtay Əsədov

Siyasət Materials 10 Avqust 2010 16:29 (UTC +04:00)
Niderland Parlament rəhbərinin yaxın vaxtlarda Azərbaycana nəzərdə tutulan səfəri ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacaq, - Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Niderland Krallığının ədliyyə naziri Ernst Hirş Ballinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
Niderland Parlament rəhbərinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacaq - spiker Oqtay Əsədov

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir M. Əliyev/

Niderland Parlament rəhbərinin yaxın vaxtlarda Azərbaycana nəzərdə tutulan səfəri ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacaq, - Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Niderland Krallığının ədliyyə naziri Ernst Hirş Ballinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

"Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əlaqələrimizi daha da möhkəmləndirib, aparılan danışıqlar və imzalanmış sənədlər əlaqələrimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradıb", - o bildirib.

Parlamentin spikeri qeyd edib ki, "Milli Məclisdə Niderlandla parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və biz Niderland Parlamentində belə bir qrupun yaradılmasını alqışlayırıq".

Ernst Hirş Ballini görüş zamanı bildirib ki, Niderland Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir və onun ölkəsi Azərbaycanla həyatın bütün sahələrində əməkdaşlıq etmək niyyətindədir.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Niderland Krallığının ölkəmizdəki səfiri Yan Lukas van Hoorn və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti