Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir T.Cəfərov/
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov əfqanıstanlı həmkarı Həmid Kərzai ilə telefon danışığı aparıb. Bu barədə Əfqanıstan Prezidenti Administrasiyasından Trend-ə məlumat verilib.
Telefon danışığı zamanı prezidentlər iki ölkəni maraqlandıran məsələləri müzakirə ediblər. Berdiməhəmmədov bildirib ki, Əfqanıstan və Türkmənistan xalqı dost və qardaş xalqdır və bu səbəbdən Türkmənistan hökuməti müqəddəs Ramazan ayı münasibətilə Əfqanıstana 1000 ton un hədiyyə edir.
Söhbət zamanı prezidentlər ölkələri arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini bildiriblər.