Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir М.Əliyev/
Gənclər və İdman Nazirliyi tərəfindən azərbaycanlı gənclərin 2010-cu il parlament seçkilərində fəal iştirakı üzrə işlər aparılacaq. Bunu bazar etəsi jurnalistlərə nazir Azad Rəhimov deyib.
"Gənclərlə işə cəlb olunmuş qeyri-hökumət təşkilatları ilə birgə gənclərin seçkilərdə fəal iştirakına yönəldilmiş layihələr həyata keçiriləcək", - Rəhimov deyib.
Nazirin sözlərinə görə, gənc nümayəndələrin öz namizədliyini irəli sürməsi üçün təşviqat aparılacaq.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin edilsin.
Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.