...

Tbilisidə Gürcüstan səfirlərinin iclası keçiriləcək

Siyasət Materials 7 Sentyabr 2010 15:46 (UTC +04:00)
Çərşənbə axşamı Tbilisidə xarici ölkələrə təyin olunmuş Gürcüstan səfirlərinin iclası başlayacaq.
Tbilisidə Gürcüstan səfirlərinin iclası keçiriləcək

Gürcüstan, Tbilisi, 7 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Çərşənbə axşamı Tbilisidə xarici ölkələrə təyin olunmuş Gürcüstan səfirlərinin iclası başlayacaq.

Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadzenin brifinqdə jurnalistlərə bildirdiyi kimi, iclas işini üç gün davam etdirəcək.

İclasda iştirak etmək üçün ATƏT-in baş katibi Mark Perrin de Brişambo, Finlandiyanın xarici işlər naziri Aleksandr Stub və Estoniyanın xarici işlər naziri Urmas Paet Gürcüstana gəliblər.

"Dəvət olunmuş qonaqlar səfərləri çərçivəsində ikitərəfli rəsmi, o cümlədən Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüş keçirəcəklər. Onlar həmçinin iclasda Gürcüstan səfirləri qarşısında çıxış edəcəklər", - Kalandadze bəyan edib.

Xəbər lenti

Xəbər lenti