...

Azərbaycan Prezidenti Administrasiyası yerli hakimiyyəti seçki prosesinə müdaxilə etməməyə çağırır

Siyasət Materials 20 Sentyabr 2010 12:56 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyası yerli hakimiyyəti seçki prosesinə müdaxilə etməməyə çağırır.
Azərbaycan Prezidenti Administrasiyası yerli hakimiyyəti seçki prosesinə müdaxilə etməməyə çağırır

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti Administrasiyası yerli hakimiyyəti seçki prosesinə müdaxilə etməməyə çağırır.

"Bu, Azərbaycanda sayca dördüncü Parlament seçkiləridir. Hər bir seçkinin özünün müəyyən problem və çətinlikləri olub. Müşahidəçilərin bundan əvvəl qarşılaşdıqları çətinliklərin qarşısı maksimum alınacaq". Bu barədə bazar ertəsi Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, seçki prosesinə müdaxiləyə görə məmurlar müvafiq cəzalanacaqlar.

"Heç kim arzuolunmaz hərəkətlərdən sığortalanmayıb, lakin ən əsası, inzibati resurslardan bu və ya digər partiya və namizədin xeyrinə bilərəkdən istifadə olunmamasıdır. Yerli hakimiyyət orqanlarının vəzifəsi seçkilərin şəffaf və demokratik keçirilməsi üçün əlverişli şəraitin yaradılmasıdır", - Həsənov bildirib.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

Xəbər lenti

Xəbər lenti