...

Venesiya Komissiyası Azərbaycanın Lənkəran rayonunda sərbəst toplaşmaq mövzusunda seminar keçirəcək

Siyasət Materials 20 Sentyabr 2010 19:44 (UTC +04:00)
Çərşənbə axşamı Lənkəranda "Sərbəst toplaşmaq azadlığı və seçkiqabağı kampaniya" mövzusunda seminar Avropa Şurasının Azərbaycanda bu il noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı qəbul etdiyi Tədbirlər Planı çərçivəsində baş tutacaq.
Venesiya Komissiyası Azərbaycanın Lənkəran rayonunda sərbəst toplaşmaq mövzusunda seminar keçirəcək

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Y.Ostapenko/

Çərşənbə axşamı Lənkəranda "Sərbəst toplaşmaq azadlığı və seçkiqabağı kampaniya" mövzusunda seminar Avropa Şurasının Azərbaycanda bu il noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı qəbul etdiyi Tədbirlər Planı çərçivəsində baş tutacaq. Bu barədə təşkilatın məlumatında deyilir.

Seminarın məqsədi milli sərbəst toplaşmaq azadlığı sahəsində qanunvericilik haqqında biliklərin təkmilləşdirilməsi, seçkiqabağı proseslərdə onun necə işləməsi, onun realizə olunmasında cavabdeh şəxslərin vəzifələrinin nədən ibarət olduğunu müəyyən etməkdir.

Seminarda Lənkəran rayonunun yerli icra hakimiyyəti və polis nümayəndələri iştirak edəcəklər.

Azərbaycan Prezidenti Administrasiyası ilə əməkdaşlıq sayəsində analoji seminarlar bundan əvvəl də keçirilib. Onlardan biri iyunda Qubada, digəri isə iyulda Qəbələdə keçirilib.

Azərbaycan Milli Məclisinə seçkilər noyabrın 7-nə təyin olunub. Mərkəzi Seçki Komissiyasına təqdim edilən siyahıya əsasən, respublikada daimi yaşayan seçicilərin sayı 4 829 min nəfər təşkil edir.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Hüquq vasitəsilə demokratiya uğrunda Avropa Komissiyası daha çox onun toplaşdığı Venesiya şəhərinin - Venesiya Komissiyası adı ilə tanınır. Bu təşkilat hüquq sahəsində fikir mübadiləsi üzrə beynəlxalq tanınmış müstəqil forumdur. Komissiyanın tövsiyələri beynəlxalq ictimaiyyət üçün Avropda demokratik standartların etalonu kimi hesab edilir.

Xəbər lenti

Xəbər lenti