...

AXCP ilə Müsavat partiyalarının sosial bazası tükəndiyindən, birləşmənin mənası yoxdur - Azərbaycanın hakim partiyası

Siyasət Materials 28 Sentyabr 2010 18:08 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası müxalif AXCP ilə Müsavat partiyalarının birləşməsinin heç bir mənası olmadığını hesab edir.
AXCP ilə Müsavat partiyalarının sosial bazası tükəndiyindən, birləşmənin mənası yoxdur - Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası müxalif AXCP ilə Müsavat partiyalarının birləşməsinin heç bir mənası olmadığını hesab edir.

"Bu partiyaların birləşməsinin heç bir mənası yoxdur. Çünki hər iki partiyanın sosial bazası artıq tükənib", - bunu hakim partiyanın rəsmi internet saytına müsahibəsində YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib.

Şənbə günü Azərbaycan Xalq Cəbhəsi Partiyası keçirdiyi qurultayda Müsavat Partiyası ilə birləşdiyi barədə qərar qəbul edib.

Onun sözlərinə görə, istər birlikdə, istərsə ayrılıqda, istərsə hətta özlərinə başqa partiyaları da qoşsalar, onlar YAP-ın bir rayon təşkilatının gücünə belə malik deyillər.

"Onlar şou düzəldirlər, bu şouların da əsasında xaricdən verilən əmrlər dayanır. İkinci bir tərəfdən, bu şouların əsasında xaricdən pul qopartmaq istəyi var", - Novruzov hesab edir.

Partiyanın icra katibinin müavini bildirib ki, həmin partiyalar götürdükləri imza vərəqələrini geri qaytara və namizədin sənədlərini toplayıb DSK-ya təqdim edə bilmirlər.

Xəbər lenti

Xəbər lenti