...

Azərbaycanın xarici işlər naziri Çexiya Senatının Aİ məsələləri komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 29 Sentyabr 2010 18:42 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çexiya Respublikası Senatının Avropa İttifaqı məsələləri komitəsinin sədri Ludek Şefçiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanın xarici işlər naziri Çexiya Senatının Aİ məsələləri komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çexiya Respublikası Senatının Avropa İttifaqı məsələləri komitəsinin sədri Ludek Şefçiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı tərəflər Çexiya ilə Azərbaycan və hər iki ölkənin parlamentləri arasındakı sıx əlaqələrin mövcudluğunu və Avropa İttifaqı çərçivəsində əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirərək bu xüsusda "Şərq tərəfdaşlığı" proqramının əhəmiyyətini vurğulayıblar. Məlumatı çərşənbə günü XİN-in mətbuat xidməti yayıb.

Azərbaycan iqtisadiyyatının inkişaf tempini yüksək qiymətləndirən Şefçiq ölkəsinin Azərbaycan ilə dostluq, əlverişli bazar iqtisadiyyatı, o cümlədən enerji sahəsində də əlaqələrinin intensivləşdirilməsinin vacibliyini qeyd edib.

Məmmədyarov ölkələr arasında münasibətlərin bütün sahələrdə daha da dərinləşəcəyini əminliklə deyib və bunun üçün geniş imkanların mövcud olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti