...

Bu gündən Gürcüstanda RF-in Şimali Qafqaz respublikalarının vətəndaşları üçün vizasız rejim tətbiq olunub

Siyasət Materials 13 Oktyabr 2010 10:46 (UTC +04:00)
Bu gün gecə saatlarından Gürcüstanda RF-in Şimali Qafqaz respublikalarının vətəndaşları üçün vizasız rejim tətbiq olunub. Bu barədə Gürcüstan XİN-in yaydığı məlumatda deyilir.
Bu gündən Gürcüstanda RF-in Şimali Qafqaz respublikalarının vətəndaşları üçün vizasız rejim tətbiq olunub

Gürcüstan, Tbilisi, 13 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Bu gün gecə saatlarından Gürcüstanda RF-in Şimali Qafqaz respublikalarının vətəndaşları üçün vizasız rejim tətbiq olunub. Bu barədə Gürcüstan XİN-in yaydığı məlumatda deyilir.

Gürcüstanın dövlət sərhədinin keçilməsinin yeni rejimi Prezident Mixeil Saakaşvilinin 11 oktyabr tarixli sərəncamı əsasında - oktyabrın 13-dən tətbiq olunur. Yeni qaydalardan RF-in bəzi subyektlərinin vətəndaşları, yəni Dağıstanda, Çeçenistanda, İnquşetiyada, Şimali Osetiyada, Kabardin-Balkarda, Qaraçay-Çərkəzdə və Adıgeydə yaşayan vətəndaşlar istifadə edə bilərlər. Onlar Gürcüstana vizasız gələcək və ölkədə 90 gün qala biləcəklər.

Gürcüstan XİN-dən bildirirlər ki, bu qərar, əsasən, viza rejiminin liberallaşdırılması ilə əlaqədardır. O cümlədən, Larsda nəzarət-buraxılış məntəqəsinin açılmasından sonra, RF-in göstərilən respublikalarının vətəndaşları üçün müəyyən çətinliklər yaranıb. Belə ki, onlar Gürcüstana gəlmək üçün viza almaqdan ötrü Moskvaya getməli olurdular.

Qeyd etmək lazımdır ki, Gürcüstan Prezidenti BMT BA-da sərhədlərsiz vahid Qafqaz təşəbbüsü ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti