...

Azərbaycanda parlament seçkilərində namizəd qismində 640 nəfər qeydə alınıb

Siyasət Materials 13 Oktyabr 2010 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir М.Əliyev/

Bu günə 640 nəfər Azərbaycanda parlament seçkilərində namizəd kimi qeydə alınıb. Bu barədə çərşənbə günü Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib.

Azərbaycan Mərkəzi Seçki Komissiyası oktyabrın 14-də müraciətlərə baxmağı başa çatdıracaq.

"Biz müraciətlərə baxmaqla geçikirik və hələ də bəzi daxil olan müraciətlərə baxılmayıb", - MSK üzvlərinin bir sıra şikayətlərə baxmaq müddətinin uzadılması barədə təklifləri ilə bağlı Pənahov deyib.

MSK sədri Komissiya üzvlərinə şikayətlərə baxmağı sürətləndirməyi tapşırıb.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

MSK-nın çərşənbə günü keçirilən iclasında parlament seçkiləri ilə bağlı Komissiyaya edilən müraciətlərə də baxılıb.

Xəbər lenti

Xəbər lenti